"Art Plus Design" MMC cərimələnib.
Pravda.az-ın xəbərinə görə, qərar Binəqədi Rayon Məhkəməsində hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub.
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
Xəyal Quliyev
Tarix: 9 Dekabr 2024, 10:17