Azərbaycandan xarici ölkələrə alma, armud və heyva ixracında artım davam edir.
Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında ölkəmizdən xarici bazarlara 129,790.1 ton alma, armud və heyva ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% çoxdur.
Azərbaycandan alma, armud və heyva ixracının ümumi dəyəri 155,361.9 milyon dollar təşkil edib. Bu meyvələrin ixracında ötən ilin yanvar-noyabr ayı ilə müqayisədə 10.5% daha çox gəlir əldə olunub.
Süleyman