17 yanvar 2025-ci il tarixində, saat 10:00-da "Sumqayıt Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Səməd Vurğun 2 (İdrak liseyi) ünvanında baş tutacaq.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub.
1."Sumqayıt Tikinti-2" ASC-də sədr dəyişikliyi.
2.Alışov İdris Mönsüm oğlunun yeni sədr təyin olunması.