RU

Cənubi Azərbaycan klubu Qurban Qurbanovun oğluna elçi düşdü

Millinin və «Qarabağ»ın hücumçusu Musa Qurbanlı 2025-ci ilə ölkə xaricində başlaya bilər.

Qurban Qurbanovun oğlu bu dəfə İrandan dəvət alıb.

«Traktor» gənc forvardı icarəyə götürmək üçün hərəkətə keçib.

Cənubi Azərbaycan təmsilçisi menecerlər vasitəsilə qarşı tərəflə təmas qurub, yığmamızın üzvünün şərtləri ilə maraqlanıb. Təbriz klub ona ilyarımlıq müqavilə təklif edir.

Musa artıq bir dəfə legioner həyatı yaşayıb. O, 2023-cü ilin yayında 500 min avro qarşılığında «Yurqorden»ə satılıb.

Bu ilin yanvarında isə İsveç macərası başa çatıb. «Qarabağ» təqribən 300 min avro ödəməklə baş məşqçinin övladını geri alıb və 3 illik yeni müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Избранный
30
10
sportinfo.az

10Источники