RU

Bakıda Sibel Can “rüzgarı”

Türkiyənin məşhur müğənnisi Sibel Can növbəti dəfə paytaxtımızın qonağı olub.

OLAY yazır ki, sənətçi bu dəfə də Bakı Konqres Mərkəzində sevənləri ilə görüşüb.

Sibel Azərbaycanı ikinci vətəni adlandırıb: 

“Yenidən burda olduğum üçün çox xoşbəxtəm. Məni bugün tək qoymadığınıza görə sizə ayrıca təşəkkür edirəm. Yaxşı ki, varsınız”.

Konsert proqramı ilə çıxış edən müğənni gecə boyunca iki libas dəyişib.

S. Can köhnə və yeni mahnılarını ifa etməklə yanaşı, Azərbaycan mahnılarını da oxuyub. Müğənni səhnədə rəqsləri ilə də diqqət çəkib.

Sibel Can konsertin sonunda Azərbaycan və Türkiyənin iki qardaş ölkə olduğunu və burada çıxış etməkdən hər zaman xoşbəxt və məmnun qaldığını dilə gətirib. 

Qeyd edək ki, konsertin təşkilatçısı “Anadolu Events” şirkəti idi.

Избранный
34
12
olay.az

10Источники