RU

İran qəzeti Əsədin ən böyük səhvindən YAZDI

“Suriyanın keçmiş prezidenti Bəşər Əsəd xarici dövlətlərin sui-qəsdi nəticəsində hakimiyyətini itirib”.

Tribunainfo.az xəbər verir ki, bu fikri İranın “Asr-e Iran” qəzeti bildirib.

Nəşr digər ölkələrin Suriyadakı siyasi rejimin dəyişdirilməsində maraqlı olmasının əsas səbəbi kimi Əsədin İranın “Müqavimət oxu”nu dəstəkləməsini göstərir.

Buraya Tehranın regional müttəfiqləri: HƏMAS, “Hizbullah”, İraq İslam Müqaviməti milisi, Yəmənin “Ənsar Allah” hərəkatı daxildir.

Eyni zamanda, qəzet qeyd edir ki, Suriyanın keçmiş liderinin “əsas və ən dəhşətli səhvi” “cəmiyyətin tələblərinə məhəl qoymaması” olub və nəticədə o, Suriya xalqının dəstəyini itirib.

Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib.

Dekabrın 7-də axşam onlar bir neçə böyük şəhəri (Hələb, Həma, Dəra və Homs) ələ keçiriblər və dekabrın 8-də Suriya hökumət qüvvələrinin bölmələri Dəməşqə daxil olublar.

Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali respublikada hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə hazır olduğunu bildirib. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib. O, hazırda ailəsi ilə birgə Rusiyadadır.

Избранный
14
1
tribunainfo.az

2Источники