RU

Yeni Klinikada icra olunan əməliyyat Avropada tədris proqramına daxil edildi » AzadMedia.az


Yeni Klinikanın Ümumi Cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov, onun cərrahi komandası və anestezioloq Lalə Əliyevanın iştirakı ilə baş tutan əməliyyat Avropanın ən qabaqcıl institutlarından biri IRCAD-ın (Institute for Research into Cancer of the Digestive System) təhsil proqramına daxil edilərək rəsmi internet səhifəsində (websurg.com) dərc edilib.
"Yoğun bağırsağın qaraciyər əyriliyinin xərçəngi” diaqnozu səbəbindən icra edilən "Laparoskopik sağtərəfli genişləndirilmiş hemikolektomiya, D3 limfa disseksiya" cərrahi əməliyyatı institutun təyin etdiyi standartlara uyğun icra edilən cərrahi əməliyyat olaraq qəbul edilib.

Beynəlxalq standartlara uyğun icra edilən əməliyyatın dünya miqyasında durmadan böyüyən cərrahlar birliyi üçün olduqca faydalı olduğu qeyd edilərək digər cərrahların tədrisi məqsədilə ekspert videosu olaraq paylaşılıb.
Məlumat üçün bildirək ki, Həzm Xərçəngi Araşdırma İnstitutu və Laparoskopik Təlim Mərkəzi - IRCAD hər il 500 mindən çox cərraha “WeBSurg” virtual universitet vasitəsilə laparoskopik cərrahi təhsil almağa imkan verir. Bu tədris prosesində beynəlxalq standartlara uyğun əməliyyat videolarından istifadə olunur.
Dərc edilən əməliyyatla aşağıdakı keçiddən tanış ola bilərsiniz:
https://websurg.com/doi/vd01en7324
Избранный
28
5
azadmedia.az

6Источники