Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib.
Bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.
“Tərəflər növbəti görüşə hazırlaşsa da, onun dəqiq tarixi və formatı barədə razılaşma hələ ki yoxdur”, – Nikol Paşinyanın müavini bildirib.
O, həmçinin delimitasiyanın sərhədin hansı istiqamətində davam edəcəyini açıqlamayıb.
M.Qriqoryanın sözlərinə görə, tərəflər növbəti görüşdə nəqliyyat kommunikasiyalarının açılması məsələsini də nəzərdən keçirəcək.