RU

"Serial üçün 4 dəfə saçımı dibindən qırxmışdılar"

"Saçlarımı “Ağabəyovlar” serialına görə 4 dəfə qırxmışdım". Missiya.Az xəbər verir ki, bunu müğənni Mina Hüseyn "Xəzər TV"yə müsahibəsində deyib.

"Bəli, doğrudur. Saçlarımı “Ağabəyovlar” serialına görə qırxmışdım. O zamanlar həmin serialı keçmiş “ANS” telekanalı çəkirdi. Məhz o serial üçün 4 dəfə saçımı dibindən qırxmışdılar. Bu çox maraqlı mövzudur və indiyə kimi bunu heç kim bilmirdi. Bu haqda heç yerdə ve heç zaman danışmamışam. Saçımı qırxdırandan sonra başıma şal atırdım. Amma bunu görəndə şalı başımdan çıxarırdılar. Deyirdilər ki, olmaz, sən komplekssiz gəzməlisən, çünki sən aktrisa və müğənnisən", - o əlavə edib.

Zərintac MayisqızıMissiya.Az

Избранный
35
1
missiya.az

10Источники