RU

Kirakosyandan Paşinyanın bəyanatına səssiz etiraz

“Baş nazirin sözlərinə şərh verə bilmərəm, düşünürəm ki, Xarici İşlər Nazirliyi ilə danışmaq düzgün olardı”.

Musavat.com xəbər verir ki, bunu parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib.

Kirakosyan baş nazir Nikol Paşinyanın Azərbaycan və Ermənistanın beynəlxalq orqanlardan iddialarını qarşılıqlı şəkildə geri götürməsinin mümkünlüyü barədə bəyanatına münasibət bildirmək istəməyib.

“İndi şəxsi fikrimi deyə bilmərəm. Hazırda belə bir məsələ qaldırılmır, iddialarımız və işlərə baxılması davam edir, iddialarımıza baxılmasını təmin etmək üçün zəruri olan prosessual addımlar davam edir”, - deyə erməni məmur qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın iki məhkəmədə - Avropa İnsan Haqları Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsində təqdim etdiyi iddialar var və iki arbitraj prosesi var.

Musavat.com

Избранный
29
musavat.com

1Источники