RU

Əsədin ən dəhşətli səhvi bu oldu – İran mediası

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd xarici dövlətlərin sui-qəsdi nəticəsində ölkədə hakimiyyətini itirdi.

Axar.az xəbər verir ki, bu barədə İranın “Əsri-İran” nəşri yazıb.

“Digər ölkələrin Suriyadakı siyasi rejimin devrilməsində maraqlı olmasının əsas səbəbi Əsədin İranın “Müqavimət oxu”nu dəstəkləməsidir. “Müqavimət oxu”na Fələstinin HƏMAS, Livanın Hizbullah, İraqın “İslami Müqavimət”, Yəməndə husilərin Ənsərullah təşkilatları daxildir”, - nəşr bildirib.

Yazıda qeyd olunub ki, Bəşər Əsədin əsas və ən dəhşətli səhvi cəmiyyətin tələblərinə məhəl qoymaması olub, nəticədə o, Suriya xalqının dəstəyini itirib.

Избранный
38
3
axar.az

4Источники