RU

Blinken: "Əsəd rejimi Rusiya və İrana güvənməklə xəta etdi..."

"Əsəd rejiminin 2011-ci ildən siyasi prosesləri rədd etməsi, İran və Rusiyanın dəstəyinə arxalanması bugünki vəziyyəti yaradıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken deyib.

Dövlət katibi əlavə edib ki, Suriya xalqı 14 illik daxili savaşdan sonra normal yaşamağı haqq edir: "ABŞ suriyalıların həyata keçirdiyi əhatəli və dinc keçid prosesini dəstəkləyir. Suriya xalqı keçid dövründə dövlət qurumlarının qorunub saxlanmasını, kövrək münasibətləri qorumaq üçün çalışmalıdır. ABŞ bölgədəki tərəfdaşları ilə əyaxından hadisələri izləyir...".

Blinken Əsəd rejimi və tərəfdarlarının törətdikləri cinayətlərə görə cavab verməli olduqlarını da deyib: "Biz bu istiqamətdə bütün  beynəlxalq səyləri dəstəkləyəcəyik"

Lamiyə Əhmədli
MİA.AZ

Избранный
26
1
mia.az

2Источники