RU

İrakli Kobaxidze: "Gürcüstan Daxili İşlər Nazirliyi "Maydan" cəhdinin qarşısını ala bildi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Gürcüstan Daxili İşlər Nazirliyinə (DİN) müxalifətin zorakılıq imkanlarını zərərsizləşdirmək üçün beş gün vaxt lazım oldu ki, bu da ölkədə "Maydan" cəhdinin qarşısının alınmasına kömək etdi".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında çıxışı zamanı deyib.
"Radikal müxalifətin zorakılıq mənbəyini zərərsizləşdirmək üçün DİN-ə düz beş gün lazım oldu. Mən bir daha daxili işlər naziri Vaxtanq Qomelauriyə, hər bir polis əməkdaşına təşəkkür etmək istəyirəm. Bu günlərdə, ümumilikdə DİN ABŞ və Avropa standartlarından daha yüksək standartlarla fəaliyyət göstərdi və məhz bu şəkildə ölkəmizdə "Maydan"a cəhdin qarşısı düz beş gündə alındı", - deyə Kobaxidze bildirib.
Baş nazirin qeyd etdiyi kimi, müxalifət mitinqlərdə "dövlətə zərər vurmaq" resursunu tükətdikdən sonra etiraz aksiyaları Gürcüstan parlamenti yaxınlığında davam etsə də, "mahiyyətsiz" olub.
Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası başlayıb. Etiraz aksiyaları hər gün parlamentin yaxınlığında keçirilir və gecə saatlarına qədər davam edir. Əksər hallarda, xüsusən də aksiyanın ilk günlərində xüsusi təyinatlıların xüsusi texnikadan istifadə edərək nümayişçiləri dağıtması ilə başa çatıb. 300-dən çox adam saxlanılıb, bir neçəsinə qarşı cinayət işi açılıb. Həm etirazçılar, həm də polis tərəfindən xəsarət alanlar olub.
Избранный
57
50
oxu.az

10Источники