RU

Səfirin növbəti sərhəd macərası: Yaxud köləyə çevrilmiş missiya

Xəbər verdiyimiz kimi, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Azərbaycanla sərhəddə olub. 

Bu barədə Ermənistandakı Avropa İttifaqı missiyası məlumat yayıb. Aİ missiyası bəyanatında "Biz Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etməkdən şərəf duyuruq", - deyə bildirib. Səfir, həmçinin yerlərdə fəaliyyətə nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə qoşulub. 

Xatırladaq ki, Xaçik Azərbaycandan üç kilometrdən çox olmayan məsafədə yerləşir. 

“Cebheinfo.az”-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, bu səfər Azərbaycanı qıcıqlandırmaq, mesaj vermək və paralel olaraq Ermənistanın yanında olduğunu bildirmək məqsədi daşıyır. Onun sözlərinə görə, bu, siyasi mesajdan başqa heç bir məna daşımır: 

“Fransanın Ermənistandakı səfirinin mütəmadi olaraq Azərbaycanla sərhədə gəlməsi hərbi-siyasi cəhətdən heç nəyi dəyişdirə bilməz. Demək, burada məqsəd sadəcə olaraq Azərbaycanı qıcıqlandırmaqdır. Dolayısı ilə bir də Azərbaycana mesaj verirlər ki, hələ də Fransa Ermənistanın yanındadır və bu baxımdan, Azərbaycan Ermənistana qarşı hər hansı hərbi əməliyyat keçirməyi düşünməsin. Buna görə də zaman-zaman sərhədə gəlir, binoklla Azərbaycan sərhədinə baxır, ordumuzun əsgərlərini izləyirlər”. 

Onun sözlərinə görə, Fransa səfiri özünü Avropa müşahidə missiyasının ağası kimi aparır: 

“Sərhədə gəlmənin Aİ-nin müşahidə missiyasi ilə zaman-zaman üst-üstə düşməsi, onlarla birgə hərəkət etməsi də dolayısı ilə ayrı bir mesajdır. 

Yəni, göstərmək istəyirlər ki, bu Avropa missiyası Ermənistanda qalıcıdır, həm də Fransanın nəzarətindədir. Bu cür addımlar atanda nəyin düzgün olub-olmadığı onları narahat etmir. Onların konkret hərbi-siyasi hədəfləri var və ona xidmət edirlər. Bunlardan biri də təbii ki, Azərbaycana gözdağı vermək istəyidir. Yəni, Fransa səfiri Avropa müşahidə missiyasının ağası kimi özünü göstərirsə, onlar da onun köləsi kimi əmrə müntəzir bir qurum olduqlarını göstərirlər. Əks təqdirdə niyə hər hansı bir səfirdən şərəf duyduqlarını bəyan etsinlər?” 

Избранный
51
cebheinfo.az

1Источники