RU

Sulutəpə qəsəbəsindəki məktəbdə istilik problemi: VALİDEYNLƏR NARAZIDIRLAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbdə istilik sisteminin qaydasında olmaması valideynlərin ciddi narazılığına səbəb olub.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd edilib ki, məktəbin birinci mərtəbəsində dizel yanacağı ilə işləyən isidici qurğu quraşdırılsa da, ikinci və üçüncü mərtəbələrdəki sinif otaqlarında şagirdlər saatlarla soyuqda oturmalı olurlar.
Valideynlər övladlarının səhhəti ilə bağlı narahatlıq keçirirlər.
Məsələ ilə bağlı Bakı Şəhəri Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təkzib edildi.
"313 nömrəli tam orta məktəb fərdi qazanxana vasitəsilə istiliklə təmin edilir. İstilik sistemi işlək vəziyyətdədir və fəaliyyəti aidiyyəti mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır", - deyə açıqlamada bildirilib.
Əzizə İsmayılova
Избранный
44
oxu.az

1Источники