RU

“Putin o zaman danışıqlara gedəcək ki...”- Almaniyanın gələcək kansleri

Almaniya müxalifətinin lideri, mühafizəkar CDU/CSU blokunun kanslerliyə namizədi Fridrix Merz dekabrın 9-da Kiyevə səfər edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın gələcək kansleri hesab edilən Merzin fikrincə, Vladimir Putin Ukrayna güclü olmayınca real danışıqlara getməyəcək: “Ukraynadakı müharibə mümkün qədər tez bitməlidir. Putin yalnız Ukrayna özünü müdafiə edə bildiyi zaman danışıqlar aparacaq”.

Almaniya müxalifətinin lideri qeyd edib ki, o, Ukraynanın paytaxtına Ukraynada vəziyyətin necə olduğunu və Almaniyanın ona necə dəstək verə biləcəyini öyrənmək üçün gəlib.

“AzPolitika.info”

Избранный
24
1
azpolitika.info

2Источники