RU

Fariz İsmayılzadə yeni təkliflə çxış etdi

Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə iqtisadi və mədəniyyət diplomatiyası anlayışlarının daxil edilməsi təklif olunub.

 XALQ.AZ xerir ki, bu barədə Milli Məclisin deputatı Fariz İsmayılzadə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsində danışıb.

O “Fəxri konsulluq” institutundan Azərbaycanda az istifadə olunduğunu, bu təcrübənin genişləndirilməsinin vacibliyini qeyd edib:

“Bununla bərabər, diplomatların sosial şəbəkə fəaliyyəti, onun qaydaları haqqında tənzimləmə qanun layihəsində əks oluna bilər.

Həmçinin dünya təcrübəsinə əsasən, bir ailənin iki üzvü diplomatdırsa, onların diplomatik vakansiyalarının təmin olunmasında prioritetlər müəyyənləşir.

Bizdə hazırlanan yeni qanun layihəsinə bununla bağlı da müddəa salınmasını uyğun hesab edirəm”.

Избранный
34
4
xalq.az

5Источники