Məşhur türk müğənnisi Sibel Can növbəti dəfə paytaxtımızın qonağı olub.
Referans.az xəbər verir ki, sənətçi bu dəfə Bakı Konqres Mərkəzində sevənləri ilə görüşüb.
Sibel Can Azərbaycanı ikinci vətəni adlandırıb: “Yenidən burda olduğum üçün çox xoşbəxtəm. Məni bugün tək qoymadığınıza görə sizə ayrıca təşəkkür edirəm. Yaxşı ki, varsınız”.
Konsert proqramı ilə çıxış edən ulduz qonaq gecə boyunca iki geyim dəyişib.
O, konsert proqramında köhnə və yeni mahnılarını ifa etməklə yanaşı, Azərbaycan mahnılarını da oxuyub. Müğənni səhnədə rəqsləri ilə də diqqət çəkib.
Sibel Can konsertin sonunda Azərbaycan və Türkiyənin iki qardaş ölkə olduğunu və burada çıxış etməkdən hər zaman xoşbəxt və məmnun olduğunu söyləyib.
Qeyd edək ki, konsertin təşkilatçısı “Anadolu Events” şirkəti idi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта