RU

Nazir: Hazırda Qırğızıstanda “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filminin çəkilişləri aparılır

Bakı, 9 dekabr, AZƏRTAC

Hazırda Qırğızıstanda “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı tammetrajlı bədii filmin çəkilişləri aparılır. Bu birgə layihədə TÜRKSOY-un Baş katibi Sultan Raevin iştirakını xüsusi vurğulamaq istəyirəm.

AZƏRTAC xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli dekabrın 9-da Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Raevin “Daşqın” kitabının təqdimatı mərasimində çıxışı zamanı deyib.

Nazir filmin ərsəyə gəlməsi üçün göstərdiyi dəstəyə görə TÜRKSOY-a və qurumun Baş katibi Sultan Raevə təşəkkürünü bildirib.

“Bu il biz Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə görkəmli Qırğız yazıçısının ikinci kitabının təqdimatına toplaşmışıq. Bu bizim birgə həyata keçirdiyimiz növbəti layihədir. Əminəm ki, gələcəkdə belə layihələrin sayı daha çox olacaq”, - deyə nazir vurğulayıb.

Избранный
51
azertag.az

1Источники