RU

Sərhədlər AÇILIR - Ərdoğan danışdı

Prezident Ərdoğan Nazirlər Kabineti iclasından sonra bir sıra açıqlamalar verib.

"Suriyada 13 ildən bəri davam edən vətəndaş müharibəsi dünən etibarilə yeni bir mərhələyə keçdi. Hələb, Hama, Hums və son olaraq Dəməşq Suriyanın əsl sahiblərinin nəzarətinə keçərkən, 61 ildir qan, zorakılıq və təzyiqlə ayaqda qalan Baas diktaturası tamamilə çökmüşdür. İllərdir bölücü təşkilatın işğalı altında olan Tel Rifat və Münbiçin terrorçulardan təmizlənməsini məmnuniyyətlə qarşılayırıq."

"Türkiyə, Suriya münaqişəsinin əvvəlindən etibarən qonşuluq hüquqlarına və böyük dövlət olmağın tələb etdiyi öhdəliklərə uyğun davranmışdır. Barış, azadlıq, dialoq, ədalət və Suriyanın tezliklə sabitliyə qovuşması üçün çalışmışdır. Rejimin düşmənçilik mövqeyinə baxmayaraq, hər zaman Suriyanın ərazi bütövlüyünü və vahid quruluşunu müdafiə etmişik. Lakin haksızlığa, təzyiqə və zorakılığa səssiz qalmaqdan imtina etmişik. Suriyadakı hadisələrin 13 illik gedişatını bilən hər kəs, Türkiyənin ədalətli barış uğrunda mübarizəsinin şahididir. Suriya ilə bağlı həssasiyyətimiz heç vaxt mənfəət yönümlü olmamışdır. Biz həmişə vicdan və mərhəmət pəncərəsindən yanaşmışıq."

"Sərhəd qapısını açırıq":

"Devrik rejim və terror təşkilatlarının hücumlarından qaçan suriyalı qardaşlarımız ilk olaraq bizim qapımıza sığındı. 13 il ərzində 4,5 milyon suriyalıya ev sahibliyi etdik. Hazırda bu rəqəm 2,9 milyona düşsə də, onları hər zaman evimizdə şərəflə qəbul etdik. Suriyanın sabitliyə qovuşması ilə könüllü, təhlükəsiz və şərəfli geri dönüşlər artacaq. Bunun əlamətlərini artıq görməyə başlamışıq. İzdihamın qarşısını almaq və hərəkəti asanlaşdırmaq məqsədilə Yayladağı sərhəd qapısını da keçidlər üçün açırıq. Geri dönüş prosesini tariximizə və mədəniyyətimizə yaraşar şəkildə idarə edəcəyik. Heç kim bu insani prosesə kölgə sala bilməz."

Lalə Qüdrətova
Milli.Az

Избранный
67
1
milli.az

2Источники