RU

Xiaomi 2025-ci ildə YU7 elektromobilini təqdim edəcək

Xiaomi 2025-ci ilin iyun-iyulunda ilk SUV modeli YU7-ni təqdim etməyi planlaşdırır ki, bu da  şirkətin Çinin  avtomobil bazarına daha dərindən nüfuz etmək niyyətindən xəbər verir. Bu  barədə şirkətin yaydığı məlumatda bildirilib. 
 
Şirkət YU7 modelinin təqdimatını Çinin sosial media platforması Weibo-da elan edib və YU7-nin şirkətin ilk elektrik avtomobili (EV) olan SU7 sedanı ilə yanaşı dayandığı bir şəkil paylaşaraq, hər iki avtomobilin oxşar dizayn elementlərinə malik olduğunu vurğulayıb.

Təqdimatda həmçinin bildirilib ki,  Xiaomi  keçən ay elektrik avtomobillərinin ixracını  3 dəfə  artıraraq bu il üçün 130,000 ədədə  çatdırmaq niyyətindədir.  Bu artım elektromobillərə artan tələbi qarşılamaq məqsədi daşıyır. 

Smartfon və elektron cihaz istehsalçısı olan Xiaomi, martda SU7 seriyası ilə Çinin sıx elektrik avtomobil bazarına daxil olub. Porsche-ə bənzəyən bu avtomobilin başlanğıc qiyməti 30,000 dollardan aşağıdır.

Oktyabrda şirkət, Tesla-nın Model S Plaid avtomobili ilə rəqabət aparacaq lüks bir SU7 variantını təqdim edib  və onun performansını Almaniyanın məşhur Nürburgring magistral yolunda sınayaraq reklamını təşkil edib. 
 
Xiaomi bu ilin üçüncü rübündə gəlirinin 30.5% artdığını və analitiklərin proqnozlarını üstələdiyini açıqlayıb.

Çində avtomobil satışları keçən ay dövlət tərəfindən subsidiyalaşdırılan avtomobil mübadilələri sayəsində yanvardan bəri ən yüksək göstəriciyə çatıb.
 
N.Təbrizli

www.anews.az
Избранный
42
anews.az

1Источники