Suriya hökuməti Prezident Bəşər Əsədə tabe olaraq istefa verməyə hazır olduğunu bəyan edib.
Bu barədə Suriya Baş naziri Məhəmməd Qazi Əl-Cəlali “Al Arabiya” telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, müxalifətlə danışıqlar davam edir: “Bizdən tələb olunan kimi səlahiyyətlərimizi ötürməyə hazırıq”.
Müxalifətin lideri Əhməd Əl-Şara (“Əbu Məhəmməd əl-Culani” ləqəbi ilə tanınır) isə Əl-Cəlalinin rəhbərlik etdiyi hökumətin keçid dövründə Suriyanın xeyrinə olacağını vurğulayıb: “Bu hökumət keçid dövründə bizə fayda verəcək”.
Suriya münaqişəsinin həlli istiqamətində yeni siyasi mərhələyə keçid gözlənilir./Trend
Tarix: 9 Dekabr 2024, 22:27