RU

Suriya hökuməti istefa verməyə hazırdır –MÜXALİFƏT LİDERİNDƏN REAKSİYA

“Prezident Bəşər Əsədə tabe olan Suriya hökuməti istefa verməyə hazırdır”.

 

Bunu ölkənin Baş naziri Məhəmməd Qazi Əl-Cəlali “Al Arabiya” telekanalına açıqlamasında deyib.

 

Onun sözlərinə görə, hazırda müxalifətlə danışıqlar davam edir: “Bizdən tələb olunan kimi səlahiyyətlərimizi ötürməyə hazırıq”.

 

Bundan başqa, Suriyada müxalifətin lideri, “Əbu Məhəmməd əl-Culani” ləqəbi ilə tanınan Əhməd əl-Şara deyib ki, Baş nazir Məhəmməd Qazi əl-Cəlalinin rəhbərlik etdiyi hökumət keçid dövründə Suriyanın xeyrinə olacaq: “Əl-Cəlali hökuməti keçid dövründə bizə fayda verəcək”.

Избранный
28
22
senzor.az

10Источники