RU

Hərbi Prokurorluqda Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - FOTO

Dekabrın 9-da Hərbi Prokurorluqda xalqımızın Ümummilli Lideri, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.

Day.Az xəbər verir ki, tədbir çərçivəsində Hərbi Prokurorluğun inzibati binasındakı "Heydər Əliyev guşəsi" ziyarət olunub. Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, onun parlaq xatirəsinə dərin ehtiram ifadə edilib.

Mərasim başlamazdan əvvəl iştirakçılar Ümummilli Liderin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləklərini bildiriblər.

Mərasimdə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran, istiqlal yolumuzu və istiqbalımızı işıqlandıran Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən ətraflı danışıb. X.Vəliyev bildirib ki, şərəfli ömrünü ölkəmizin hərtərəfli inkişafına və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb: "Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ Ulu Öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə işlənib hazırlanıb. Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından sonra vəziyyət müsbətə doğru dəyişib. Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb. Bununla da Azərbaycan tərəqqi yoluna qədəm qoyub. Bu il Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümüdür. Dahi insanın müqəddəs vətənpərvərlik missiyası ilə bağlı maarifləndirmə ilə əlaqədar Hərbi Prokurorluq tərəfindən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları, eləcə də müxtəlif dövlət qurumları, şəhər və rayon rəhbərlikləri ilə birlikdə 20-dən artıq tədbir keçirilib".

Hərbi prokuror X.Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 21 il ərzində ölkəmizdə misilsiz işlər görülüb, çoxşaxəli köklü islahatlar həyata keçirilib, bütün istiqamətlərdə misli görünməmiş uğurlar əldə olunub: "Ölkəmizdə bu il keçirilən COP29 dövlətimizin gücünün və ölkə rəhbərinin nüfuzunun bariz nümunələrindən biridir. Prezident İlham Əliyevin dərin zəkası, mükəmməl rəhbərliyi və xalqın müdrikliyi, əzmkarlığı, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın sayəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşıb. Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm qələbəmizi də şərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız işğaldan azad edilib. Bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən postpandemiya dövrünə, eləcə də müharibədən çıxmış ölkə olmağımıza rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin eyni templə hərtərəfli qüdrətlənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı bu gün də uğurla təmin edilir. Əldə olunan uğurlarda, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində zəngin biliklərə, iti düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan, sadəliyi, səmimiliyi və insanpərvərliyi ilə xalq məhəbbəti qazanmış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna fəaliyyəti mühüm əhəmiyyət kəsb edir".

Daha sonra Milli Məclisin deputatları Vasif Qafarov, Səbinə Salmanova, Tural Gəncəliyev, Nigar Məmmədova, Pərvanə Vəliyeva və digər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, o cümlədən zəngin və çoxşaxəli fəaliyyətindən bəhs ediblər.

Prezident İlham Əliyevə xalqda olan sonsuz inamdan irəli gələn bənzərsiz sevgidən bəhs etməklə çıxışını yekunlaşdıran Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi millətimizin və dövlətimizin maraqlarına xidmət edən Ulu Öndər siyasətinin Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında, qanunun aliliyinin təmin edilməsində, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə icra etməklə Azərbaycanın firavan gələcəyinin təminatı olan siyasəti daim dəstəkləyəcək.

Çıxışının sonunda X.Vəliyev qeyd edib ki, şərəfli ömrünü millətinə həsr edərək Vətən qarşısında müstəsna xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq və nəhəng tarixi şəxsiyyət daim dərin ehtiramla anılacaq.

  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
  • Hərbi
Избранный
16
15
day.az

10Источники