Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Ukraynada atəşkəs razılaşmasının yanvarın 25-də bağlana biləcəyini güman edir.
APA xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən dərhal sonra münaqişənin qaynar fazasını dayandırmağı təklif edə bilər.