Beş günlük axtarışdan sonra polis “UnitedHealthcare” şefinin qatilini saxlayıb.
Reyting.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
ABŞ-nın Pensilvaniya ştatındakı polisi “UnitedHealthcare”-nin baş direktoru Brayan Tomsonun qatilini ələ keçirib. Onun üzərində səsboğucusu olan tapança, dörd saxta şəxsiyyət vəsiqəsi və “manifest” tapılıb.
Xatırladaq ki, hadisə dekabrın 4-də Nyu-Yorkun Manhetten məhəlləsinin mərkəzində, 6-cı və 7-ci prospektlər arasında, 54-cü küçədə yerləşən otelin yaxınlığında baş vermişdi.