RU

LDU nümayəndə heyəti Macarıstanın Debrecen Universitetində olub

Lənkəran Dövlət Universitetinin nümayəndə heyəti LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla 1-6 dekabr 2024-cü il tarixində beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq müqavilələrinin imzalanması və gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsi məqsədilə Macarıstan və Rumıniyaya rəsmi səfər edib.

 

AzEdu.az xəbər verir ki, LDU nümayəndə heyətinin rəsmi səfəri 01-02 dekabr tarixlərində Macarıstanın Debrecen Universiteti ilə tanışlıqdan başlayıb. Səfərin ilk günü Debrecen universitetinin baş rektor müavini, rektor vəzifəsini icra edən prof. Dr. Károly Pető və Koordinasiya və Strategiya üzrə direktor Oksana Kiszil və başqaları Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov və LDU-nun nümayəndə heyəti ilə görüşüblər.

 

Görüş zamanı LDU ilə Debrecen universiteti arasında mövcud olan əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi və s. mövzuda geniş diskussiya aparılıb. Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov söhbət zamanı iki universitet arasındakı yaxın əlaqələrin iki ölkə arasında olan dostluq münasibətlərindən, qarşılıqlı əməkdaşlıqdan qaynaqlandığını vurğulayıb. Bildirib ki, universitetlər arasındakı əlaqələrin genişləndirilməsi tələbələr üçün xaricdə təhsil imkanlarının əlçatanlığının təmin edilməsinə şərait yaradacaq. Prof. Natiq İbrahimov universitetlər arasında ikili diplom layihəsinin həyata keçirilməsi üçün müvafiq addımların atılmasının vacibliyini qeyd edib.

 

Görüşdən sonra səfər proqramına uyğun olaraq Debrecen universitetinin iqtisadiyyat, qida mühəndisliyi, aqronomluq fakültələri ilə tanışlıq olub, universitetin maddi-texniki bazasına baxış keçirilib. Səfərin sonunda xatirə hədiyyələri təqdim edilib.

 

Xatırladaq ki, Debrecen universiteti qədim tarixə malikdir, əsası 1535-ci ildə qoyulub. Qeyd edək ki, səfər Avropa universitetləri ilə LDU arasında tədris sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi məqsədini daşıyır. Səfər zamanı keçirilən görüşlərdə əldə olunan razılaşmalar çərçivəsində Erasmus+ proqramı vasitəsilə tələbə və müəllimlər üçün Avropa universitetlərində təhsil və tədqiqat imkanlarının genişləndirilməsi, ikili diplom və ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, təhsil prosesində yeniliklərin tətbiqi istiqamətində işlər aparılması barədə razılıq əldə olunub ki, bu da Lənkəran Dövlət Universitetinin beynəlxalq arenada nüfuzunun artması, tədrisin modernləşdirilməsi, elmi isiqamətdə inkişafı və s. üçün geniş perspektivlər açır.

Избранный
50
3
azedu.az

4Источники