RU

İSRAİL 50 İL SONRA SURİYADAKI BÜTÜN HAVA BAZALARINI VURUB - Ölkə tarixində ilk dəfə...

Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra İsrail ordusu 50 il sonra ilk dəfə ölkənin bütün hava bazalarına güclü zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu bəyanat yayıb.

Bildirilib ki, bu, İsrail tarixindəki ən böyük hava hücumu əməliyyatı olub: "Bu gecə döyüş təyyarələrimiz Suriyanın bütün hava bazalarını, o cümlədən strateji obyektlərinin  demək olar ki, hamısını vurub. Ümumilikdə gecəboyu 250 hücum aktı həyata keçirilib. Əsəd ordusuna aid bütün hərbi bazalar, onlarla döyüş təyyarəsi, onlarla yer-hava raket sistemi, silah istehsal sahələri və anbarlar məhv edilib".

İsrailin “Yedioth Ahronoth” qəzeti bu məlumatı belə başlıqla verib: "İsrail 50 ildən sonra ilk dəfə Suriyanın bütün hava bazalarına hücum etdi”.

Xəbərdə İsrailin Suriyadakı son mühüm silahı məhv etmək üçün heç vaxt görünməmiş fürsət əldə etdiyi vurğulanıb və qeyd olunub ki, bu imkan qaçırıla bilməz: "Hücumda yüzlərlə döyüş təyyarəsi və PUA-lar iştirak edib. Suriyanın elə bir yeri olmayıbki, vurulmasın. Ordu 250 hücum aktından söz açır, ancaq bu, 300-dən yuxarı olub...".

Samir MUSAYEV
MİA.AZ

Избранный
26
50
mia.az

10Источники