RU

Elm və Təhsil Nazirliyi bu şirkətə 2 ayda 13 milyon mantlıq təmir işləri həvalə edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.

Valyuta.az-ın verdiyi xəbərə görə, tender respublikanın bir sıra təhsil müəssisələrində əsaslı təmir işlərinin satınalınması ilə bağlı idi. Tenderin qalibi “Mühəndislik Tikinti Təchizat” MMC olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 6 milyon 983 min 738 manatdır.

Bununla yanaşı ötən ayın 22-də qalib şirkət eyni İdarənin 1 milyon 659 min 783 manatlıq, ötən ayın 4-də isə 4 milyon 511 min manatlıq tenderini udub.

Qeyd edək ki, “Mühəndislik Tikinti Təchizat” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Mahmudov Habil Fərhad oğlu, nizamnamə kapitalı 2 min 110 manatdır. Şirkət ilə idarə arasında imzalanan üç müqavilənin dəyəri 13 milyon 154 min 521 manat təşkil edib.

Əvəz Həsənov

Избранный
28
1
valyuta.az

2Источники