RU

Bəşər Əsəd Suriyadan 135 milyard dollar aparıb

Suriyada 61 illik Baas rejiminin süqutundan sonra prezident Bəşər Əsəd Rusiyaya qaçıb. Əsədin ölkəsini tərk edərkən neçə milyard dollar qaçırdığı üzə çıxıb.

Olaylar xarici KİV-lərə istinadla xəbər verir ki, Suriya rejiminin kəşfiyyatçısı Xalid Beyyenin sözlərinə görə, Bəşər Əsəd ölkədən qaçarkən 135 milyard dollar aparıb.

Əsədin devrilməsi bu ölkəyə zərbə vurdu

Xalid Beyye keçən payızdan əvvəl Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi komandanlıq səviyyəsində böyük qarşıdurmanı da xatırladıb: "İlk döyüş Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında baş verdi və bununla da hərbi kəşfiyyatla ordu arasında məlumat axını dayandı".

"Hələbin süqut etdiyi gün başlayan məğlubiyyət müxalifəti Dəməşqə gətirdi",- deyən Beyye əlavə edib ki, proses zamanı komandanlıq səviyyəsindən 273 yüksək rütbəli komandir rejim tərəfindən edam edilib. (Reyting.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
23
2
olaylar.az

6Источники