Olaylar xarici KİV-lərə istinadla xəbər verir ki, Suriya rejiminin kəşfiyyatçısı Xalid Beyyenin sözlərinə görə, Bəşər Əsəd ölkədən qaçarkən 135 milyard dollar aparıb.
Xalid Beyye keçən payızdan əvvəl Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi komandanlıq səviyyəsində böyük qarşıdurmanı da xatırladıb: "İlk döyüş Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında baş verdi və bununla da hərbi kəşfiyyatla ordu arasında məlumat axını dayandı".
"Hələbin süqut etdiyi gün başlayan məğlubiyyət müxalifəti Dəməşqə gətirdi",- deyən Beyye əlavə edib ki, proses zamanı komandanlıq səviyyəsindən 273 yüksək rütbəli komandir rejim tərəfindən edam edilib. (Reyting.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31