İsrail Qolan təpələrindəki bufer zonanı ələ keçirməklə Suriyanı sabitliyi bərpa etmək şansından məhrum etməyə çalışır...
Poliqon xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“İsrail işğalçı hökumətinin Qolan təpələrində bufer zonanı ələ keçirməsi və İsrail işğalçı qüvvələrinin Suriya ərazisinə hücumları vasitəsilə törətdiyi təcavüz İsrailin beynəlxalq hüququ davamlı şəkildə pozduğunu və Suriyanın təhlükəsizliyi, sabitliyi və ərazisini bərpa etmək şansını məhv etmək istəyini nümayiş etdirir”, deyə departamentin X səhifəsində dərc olunan bəyanatında bildirilir.
Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərini pisləməyə, Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörməti bir daha təsdiqləməyə və Qolan təpələrini işğal edilmiş Suriya ərəb torpağı kimi tanımağa çağırıb.
Poliqon.info