RU

Tokio demoqrafik böhranla mübarizə üçün 4 günlük iş həftəsi tətbiq edir

Tokio

Tokio demoqrafik böhranla mübarizə üçün 4 günlük iş həftəsi tətbiq edir.2025-ci ilin aprelindən başlayaraq Tokioda təcrübə başlayacaq: yerli hökumət işçilərindən həftədə beş gün əvəzinə dörd gün işləmək istəniləcək. Bu addım demoqrafik problemin həllinə yönəlib - ölkədə doğum səviyyəsi kəskin şəkildə aşağı düşür, əhali isə sürətlə qocalır.Tokio qubernatoru deyib: "Yeni siyasət valideynlərin gündə iki saat daha az işləmək imkanını da əhatə edir ki, onların uşaqları üçün daha çox vaxt olsun. Biz elə bir mühit yaratmaq istəyirik ki, uşaq sahibi olmaq qadının karyerasının sonu demək olmasın", deyə Yuriko Koike bildirib.Dördgünlük iş həftəsi artıq digər ölkələrdə müsbət nəticələr verib. Tədqiqat göstərib ki, daha az işləyən kişilər uşaqlara kömək etmək üçün 22%, ev işləri ilə isə 23% daha çox məşğul olurlar. Mütəxəssislərin fikrincə, bu yanaşma həyat keyfiyyətini yaxşılaşdırır və stress səviyyəsini azaldır ki, bu da məhsuldarlığa müsbət təsir göstərir.

Eltun Məmmədov

Diqqət Çəkənlər

Uşaqların erkən inkişafı üçün uşaq bağçalarının önəmi

Cinsi əlaqənin insan orqanizminə müsbət və mənfi təsirləri nələrdir?

İnsan əti yeyən xalqlar

Избранный
28
ulusum.az

1Источники