Suriyadakı müxalifət koalisiyasının rəhbərliyi keçmiş prezident Bəşər Əsədin dövründə xidmətə çağırılan bütün hərbi qulluqçulara amnistiya elan edib.
Bu barədə “Associated Press” xəbər yayıb.
“Hərbi Əməliyyatlar İdarəsi bütün hərbçilər və çağırışçılar üçün ümumi amnistiya elan edib. Onların təhlükəsizliyinə zəmanət verilir. Onlara hər hansı zərər vurmaq və ya zorakılığa məruz qoymaq qəti qadağandır”, - məlumatda deyilir.
Xatırladaq ki, ötən həftə Suriyadakı müxalifət qüvvələri Dəməşqi ələ keçirdiklərini və keçid hakimiyyətlərini formalaşdırdıqlarını açıqlamışdı.