RU

“AAAF Park 2” su üzünə niyə həsrət qalıb? - QURUMDAN AÇIQLAMA

Artıq bir neçə gündür fasilələrlə yağan yağış Xırdalan şəhərini su üzünə həsrət qoyub. Sakinlərin sözlərinə görə, Xırdalan şəhəri “AAAF Park 2” yaşayış kompleksində yağış yağan kimi sular kəsilir. Artıq bir neçə aydır ki, bu vəziyyət təkrarlanır.

SİA mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.

Qurumdan verilən məlumata görə, magistral su kəmərində qəza baş verməsi səbəbilə bir neçə gündür ki, Xırdalan da daxil olmaqla bəzi ərazilərdə suyun verilməsində fasilələr yaranıb: “Təmir və bərpa işləri yekunlaşmaq üzrədir. Suyun qeyd olunan ərazilər üzrə verilməsi hazırda qrafik rejimi ilə tənzimlənir”.

Ayşən Vəli

Избранный
45
sia.az

1Источники