Olaylar.az Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, bu yol xəritəsi əhali siyahıyaalınmasını, yeni Konstitusiyanın hazırlanmasını və azad seçkilərin keçirilməsini nəzərdə tutur.
Qəzet yazır ki, müvəqqəti administrasiya qurulduqdan sonra "yol xəritəsi" rəsmən elan ediləcək. Bunun ardınca yeni Konstitusiyanın hazırlanması prosesi başlayacaq, əhali siyahıya alınacaq, şəffaf və azad seçkilər keçiriləcək.
Məlumatda qeyd edilib ki, ölkədə "yeni Suriyanın qurulması dövrü" başlayır. Yeni hakimiyyətin bu addımları ölkədə sabitliyin və inkişafın təmin olunmasına yönəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31