RU

Məşhur aktrisanı görənlər məəttəl qaldı

2000-ci illərin gənclik komediyalarının ulduzu, hazırda manikür ustası kimi fəaliyyət göstərən Amanda Bayns Malibuda paparatsiyaların obyektivinə tuş gəlib.

OLAY yazır ki, 38 yaşlı aktrisa 3 saatlıq terapevt seansından sonra dostu ilə gəzintiyə çıxıb.

Amanda boz switer, dar şalvar və ayağına ağ lofer geyinib. 

Bayns bu yaxınlarda saçlarını qara rəngə boyasa da, indi sarışın olub.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində Amanda Bayns Lindsi Lohan, Hilari Daff və Olsen bacıları ilə birlikdə Hollivudun ən məşhur gənc ulduzlarından biri olub. Amanda, “O, adamdır”, “Adada sevgi”, “Qız nə istəyir” komediyaları ilə tanınıb və dörd dəfə “Uşaqların Seçimi” mükafatını alıb. Baynsın son film işi 2010-cu ildə Emma Stounun baş rolda oynadığı “Asan tələbə” filmi olub. 

2000-ci illərin ortalarında aktrisa asılılıqlarla qarşılaşıb və bir neçə dəfə reabilitasiyada müalicə olunub. 2013-cü ildə Bayns sərxoş halda avtomobil sürdüyünə, fanata hücum etdiyinə və oğurluğa cəhd etdiyinə görə həbs edilmişdi. Aktrisa anasının simasında qəyyum təyin edilmişdi, lakin doqquz il sonra o, qəyyumluqdan xilas olub.

Избранный
34
olay.az

1Источники