RU

Suriyada sakinlər Bəşər Əsədin əmisi oğlunu küçənin ortasında asdılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suriyanın Lazqiyyə şəhərində Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsəd asılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Kadrlarda Əsədin əmisi oğlunun insanlar tərəfindən tutulduğu və şəhər meydanında asıldığı görünür.
Xatırladaq ki, noyabrın 27-də Suriyanın silahlı müxalifət qüvvələri Hələb və İdlib vilayətlərində hökumət qüvvələrinə qarşı hücuma keçiblər. Dekabrın 7-nə qədər onlar Hələb, Deyr əz-Zor, Dəraa, Həma və Homs daxil olmaqla bir neçə böyük şəhəri ələ keçiriblər. Dekabrın 8-də müxalifət qüvvələrinin şəhərə daxil olmasından sonra Suriya ordusunun bölmələri Dəməşqi tərk ediblər. Bəşər Əsəd prezident postunu və ölkəni tərk edib. Ona Rusiya sığınacaq verib. Suriyada qalan Baş nazir Məhəmməd Qazi əl-Cəlali müxalifətlə danışıqlar və hakimiyyətin dinc yolla təhvil verilməsi niyyəti barədə məlumat verib.
Избранный
61
1
oxu.az

10Источники