RU

Xocavənd və Xocalıda yerləşən tullantı poliqonlarının ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib

Xankəndi, 10 dekabr, AZƏRTAC

Xocalı, Ağdərə və Xocavənd rayonlarının ərazisində təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Təmiz Şəhər" ASC-nin Ekologiya şöbəsinin müdiri Səbuhi Babayev Xankəndidə keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

S.Babayev qeyd edib ki, seçilmiş torpaq sahələrinin "Təmiz Şəhər" ASC-nin istifadəsinə verilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub göndərilib: "Tullantı poliqonlarının yaradılması üçün Xocavənd və Xocalı rayonları ərazisində yerləşən torpaq sahəsinin "Təmiz Şəhər" ASC-nin istifadəsinə verilməsi barədə Komitə tərəfindən sərəncam verilib. Ərazi ΑΝΑΜΑ tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənib".

Избранный
39
7
azertag.az

10Источники