Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.
Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Danışıq zamanı Suriyadakı son hadisələr müzakirə edildiyi bildirilib.
Ərdoğan Türkiyənin vətəndaş müharibəsinin başladığı ilk gündən sabitliyi və Suriyanın ərazi bütövlüyünü müdafiə etdiyini bildirib.
Türkiyə lideri NATO Baş katibinin diqqətinə çatdırıb ki, Suriya Suriya xalqı tərəfindən idarə edilməlidir.
Ərdoğan, həmçinin Türkiyənin terrordan təmizlənmiş bütöv bir Suriya qurmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта