RU

Lukaşenko: "Suriyadakı hadisələr Belarus üçün dərsdir"

"Suriyada dünyanın əsas oyunçuları arasında qarşıdurma var və tezliklə orada hakimiyyət uğrunda mübarizə başlayacaq".

Qaziler.az “BelTA”ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu, respublika üçün dərsdir.

Belarus lideri həmçinin əlavə edib ki, ərəb respublikası sınaq meydanına çevrilib.

“Orada elə bir qarışıqlıq var ki, bu hələ başlanğıcdır, mənə elə gəlir ki, indi hakimiyyət uğrunda mübarizə başlayacaq. Dünyanın əsas oyunçuları Suriyada döyüşür. Bu bizim üçün bir dərsdir. Biz öz taleyimizi özümüz təyin etməliyik. Biz ölkəmizi xilas etməliyik”, - Lukaşenko bildirib.

QAZİLER.AZ

Избранный
39
6
qaziler.az

7Источники