RU

Rusiyanın Suriyada məğlubiyyətinin əks-sədası Ukraynaya çatacaq? - AÇIQLAMA

Suriyada 50 ildən artıqdır davam edən Əsəd hakimiyyətini müxalifət devirməyi bacardı. Hazırda müxalifət ölkədə hakimiyyəti ələ alıb. Hadisələrin fonunda isə prezident Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb, sığınacaq istəyib.

Bir çox ekspert Suriyada on illərdir hakimiyyətdə olan Əsəd hökumətinin 2 həftədən az müddətdə devrilməsini onun ən güclü dəstəkçilərindən biri olan Rusiyanın məğlubiyyəti kimi təqdim edir. Analitiklər Rusiyanın Ukraynadakı müharibəyə görə zəiflədiyini və Əsədə tam dəstək verə bilmədiklərini düşünürlər.

Suriyada hadisələrin Rusiya-Ukrayna müharibəsinə necə təsir göstərəcəyi maraqlıdır.

İrlandiyalı tarixçi və politoloq Patrik Uolş Modern.az-a bildirib ki, son iki ildə Rusiyanın Suriyadan Ukraynaya silah, o cümlədən raket sistemləri yerləşdirməsi Suriyadakı hərbi və siyasi zəifliyin nümunəsi ola bilər:

“Belə ki, Ukrayna ilə münaqişədən sonra Rusiyanın Suriyadakı potensialı zəifləyib. 

Bu məqamda beynəıxalq qüvvələrdə Rusiyaya ciddi təsir edir. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edərək Suriyanın “ərazi bütövlüyünü” tam dəstəklədiyini bildirib. 

Putin indi Moskvanın Yaxın Şərqdə mövqeyini saxlamaqla müharibə səylərini Ukraynaya yönəltmək arasında dilemma qarşısındadır.

Rusiya 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri Əsəd rejiminin qatı dəstəkçisi olub və 2015-ci ildə münaqişəyə rəsmi şəkildə daxil olub. 

Amma indiki zamanda Rusiya Əsədə çətin ki kömək edə bilər.  Moskva Ukraynada ilişib qalıb və “Yaxın Şərq ölkəsindəki hərbi kontingentinə də ciddi əlavələr göndərə bilmir”.

“Vaqner” muzdlu qrupunun mərhum rəhbəri Yevgeni Priqojinin qətlindən sonra qrup Rusiyanın Rosqvardiyasında və Afrika korpusunda ləğv edilib.

Rəsmi rəqəmlər heç vaxt açıqlanmadığından hazırda Suriyada döyüşən rus əsgər və ya muzdluların sayını təxmin etmək çətindir. 

Amma Putin əsasən Suriyada öz hava qüvvələrini yerləşdirib və hesablamalara görə, onların sayı 2000-4000 əsgər civarındadır. 

Amma hazırda Rusiya əsgərləri Suriyanın Həma şəhərindən geri çəkilərək dekabrın 2-də Dəməşq istiqamətində çıxmağa başlayıblar və Türkiyədən yardım istəyiblər. Bununla da Rusiyanın Yaxın Şərqdəki imicinə daha bir zərbə vurulub.

Əsəd rejiminin sonu onun Yaxın Şərqdə və bütün Afrikadakı müttəfiqləri arasında güclü zərbədir”.

Bəs Rusiyanın Ukraynadakı müharibəsinə təsir necə olacaq? 

O, Ukrayna cəbhəsindəki nəticələrin məhdud olacağını qeyd edib:

“İndiyə qədər Rusiyanın regional uğursuzluqları ilk növbədə taktiki xarakter daşıyır və onun Ukrayna kampaniyası üçün məhdud nəticələrə malikdir. Boz Ukrayna cəbhəsindən ciddi nəticə gözləyə bilmərik. Çünki deyə bilərik ki, Rusiya bütün qüvvələrini hazırda Ukraynana cəmləyib”.

Избранный
43
48
modern.az

10Источники