Türkiyə XİN İsrailin Suriya ərazisinə daxil olmasını qınadı
Türkiyə İsrailin Suriya ərazisində irəliləməsini tənqid edib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“İsrailin Suriya torpaqlarında irəliləməsini şiddətlə qınayırıq. Suriyanın müstəqilliyi, siyasi birliyi və ərazi bütövlüyünə dəstəyimizi qətiyyətlə təkrar edirik”, - deyə bəyanatda qeyd olunub.