RU

Münbiçin strateji əhəmiyyəti: Türkiyə Suriyada xəritəni dəyişir

Türkiyə PKK-nın PYD/YPG qanadına qarşı mübarizədə illərdir təmizləmək istədiyi Münbiçə Suriya Milli Ordusu üzərindən daxil oldu. Bu şəhər 2016-cı ildə ABŞ-ın dəstəyi ilə PYD-nin nəzarətinə keçib. Vaşinqton Ankaraya şəhərin təmizlənəcəyi vədini versə də, yerinə yetirmədi. Eyni vədi 2019-cu ildə Rusiya Türkiyəyə versə də, anlaşma kağız üzərində qaldı.

Şəhərin nəzarətə götürülməsi Türkiyə üçün strateji qazanc deməkdir.

– Türkiyə Fəratın şərq sahilində möhkəmləndi;
– Suriya ərazisində Türkiyəyə mümkün hücumların qarşısını almaqda coğrafi üstünlük qazandı;
– PYD/YPG Fərat çayının qərb sahilində ciddi təsir itirdi və çayın şərqinə doğru sıxışdırıldı:
– Türkiyə üçün Suriyada və İraqda PKK/PYD/YPG ilə mübarizənin yeni mərhələsinin başlandığı görünür: Münbiçə nəzarət ABŞ-ın dəstəklədiyi bu qruplaşmaya qarşı əməliyyatlarda taktiki baxımından üstünlük qazandırır;
– İraqdan Aralıq dənizinə qədər uzanan coğrafiyada planlaşdırılan “kürd dəhlizi” planı ciddi şəkildə əngəlləndi: Türkiyə Suriyada keçirdiyi əməliyyatlarla bu planın qarşısını alsa da, 2017-ci ildən başlayaraq, ABŞ bu planın icrası üçün marşruta müəyyən dəyişliklik – Münbiçdən Hələbə, oradan Lazkiyə və Aralıq dənizinə çıxış – etmişdi; Əsədin getməsi və Rusiya hərbi bazalarının çıxarılması gözləntisi bu marşrutu daha da aktuallaşdıra bilər, lakin Münbiçin nəzarətə götürülməsi ilə bu marşrutun reallaşması imkanları da azaldıldı;
– Və Suriya masasında aparılacaq mümkün danışıqlarda əlini gücləndirdi.

Hərçənd, Münbiçin nəzarətə götürülməsi PYD/YPG ilə mübarizədə mühüm başlanğıcdır, Türkiyə daha güclü şəkildə əsas mərhələyə bundan sonra başlayır.

Asif Nərimanlı

Избранный
44
6
moderator.az

7Источники