RU

Prezident Sərəncam imzaladı-İqtisadiyyat Nazirliyinə tapşırıq verdi

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Sərəncamda dəyişiklik edilib.

XALQ.AZ  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Neft Şirkəti səhmlərinin 49 faizi dövlətə, 51 faizi isə SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Layihələrin səmərəli idarə olunmasını təmin etməlidir.

Cəmiyyətin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin nizamnamə kapitalının 2 faizini təşkil edən hissəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, SOCAR-ın nizamnamə kapitalına ötürüləcək.

İndiyə qədər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Nizamnamə kapitalı 100 (yüz) milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətini təsis etməklə Layihələrin səmərəli idarə olunmasını təmin edirdi.

İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Избранный
26
43
xalq.az

10Источники