Olaylar xəbər verir ki, bu barədə Vaşinqton Post nəşri yazıb.
Nəşr qeyd edir ki, söhbət Menbiç və Kobanidəki iki hərbi obyektdən gedir.
"İlk baza əvvəllər ABŞ hərbçilərinə məxsus idi, 2019-cu ildə onlar getdikdən sonra Rusiya qoşunları tərəfindən ələ keçirildi. Rusiya hərbçiləri ərazidə patrul xidməti apararkən, buradan post kimi istifadə edirdilər. Kobanidəki baza Türkiyə-Suriya sərhədində atəşkəs razılaşmasına nəzarət etmək üçün istifadə edilib. Rusiya hərbçiləri Ankara və Moskva arasında 2020-ci ilin martında bağlanmış müqavilə çərçivəsində bura yerləşiblər", - nəşr yazır. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31