RU

"Marta qədər burdayam" - Suriyanın yeni baş nazirindən ilk açıqlama

Məlum olduğu kimi, Suriyada Bəşər Əsəd hakimiyyətinin sona çatması ilə ölkədə idarəçilik Suriya Qurtuluş Hökumətinin əlinə keçib və Məhəmməd Əl Bəşir müvəqqəti olaraq Baş nazir postuna təyin edilib.

“AzPolitika” xəbər verir ki, sözügedən təyinatın ardından ilk dəfə açıqlama verən Əl Bəşir 2025-ci ilin martına qədər bu vəzifədə qalacağını bildirib.

Məlumat üçün qeyd edək ki, 1983-cü ildə İdlibdə anadan olan Məhəmməd Əl-Bəşir 2007-ci ildə Hələb Universitetinin Elektrik mühəndisliyi fakültəsini bitirib. 2011-ci ildə Suriya Qaz Şirkətində menecer kimi işə başlayıb. İdlib Universitetində şəriət və hüquq üzrə bakalavr dərəcəsi alan Bəşir dövlət idarəçiliyi üzrə də təhsil alıb. O, 2022-2023-cü illər arasında Qurtuluş Hökumətində İnkişaf və Humanitar İşlər Naziri vəzifəsində çalışıb.

“AzPolitika.info”

Избранный
30
azpolitika.info

1Источники