RU

Elektron alış aktının tətbiqi ilə bağlı qaydalarda dəyişikliklər edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20noyabr tarixli qərarı ilə “Elektron alış aktının formasının,tətbiqi, uçotu və istifadəsi Qaydaları”nda dəyişiklik edilib,“Elektron alış aktı”nın forması yeni redaksiyada verilib.

Bu barədə Trend Dövlət Vergi Xidmətinə istinadən xəbərverir.

Dəyişikliklərə əsasən, vergi orqanında uçotda olmayan fizikişəxslərin hüquqlarının qorunmasına, vergidən yayınma sxemiyaratmaqla dövlət büdcəsinə ödəniləcək vergilərin yayındırılmasınınqarşısının alınmasına, əməliyyatlar icra edilərkən vətəndaşıntəqdim etdiyi malların adı, kodu, ödəmə mənbəyində tutulan vergininməbləği və s. barədə məlumatlara elektron qaydada baxış etməklə,alış aktının təsdiqi və ya təsdiqindən imtina edilməsinə imkanyaradılacaq. Belə ki, vergi orqanında uçotda olmayan və mallarıalış aktı ilə təqdim edən fiziki şəxslər şəxsiyyət vəsiqəsinin FİNnömrəsi və öz adlarına qeydiyyatda olan mobil nömrəyə göndərilənSMS kodu vasitəsilə internet vergi idarəsinə (new.e-taxes.gov.az)daxil ola, malların alıcısı olan vergi ödəyiciləri tərəfindənhazırlanmış elektron alış aktlarında göstərilmiş mallar barədəməlumatlarla tanış olaraq sənədi təsdiqləyə, yaxud ondan imtina edəbiləcəklər. Elektron alış aktının hazırlanaraq malların alıcısıolan vergi ödəyicisi tərəfindən gücləndirilmiş elektron imza ilətəsdiq edildiyi tarix, həmin elektron alış aktının tarixisayılacaq.

İnternetə çıxış imkanları məhdud olan vətəndaşlar kağızdaşıyıcısında alış aktı ilə tanış olduqdan sonra öz adlarınaqeydiyyatda olan mobil nömrəyə göndərilən SMS kodunu elektron alışaktını tərtib edən vergi ödəyicisinə (malların alıcısına) təqdimedəcək, malların alıcısı isə alış aktının təsdiq edərəkgücləndirilmiş elektron imza vasitəsilə onu imzalaya biləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki,elektron alış aktının təsdiqi vətəndaşların istifadə etdiklərimobil nömrələr yalnız onların öz adlarına olduğu halda mümkünolacaq.

Избранный
36
8
az.trend.az

9Источники