RU

Elektron alış aktının tətbiqi ilə bağlı qaydalarda dəyişikliklər edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 noyabr tarixli qərarı ilə “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nda dəyişiklik edilib, “Elektron alış aktı”nın forması yeni redaksiyada verilib.

Bu barədə Yenicag.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Dəyişikliklərə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərin hüquqlarının qorunmasına, vergidən yayınma sxemi yaratmaqla dövlət büdcəsinə ödəniləcək vergilərin yayındırılmasının qarşısının alınmasına, əməliyyatlar icra edilərkən vətəndaşın təqdim etdiyi malların adı, kodu, ödəmə mənbəyində tutulan verginin məbləği və s. barədə məlumatlara elektron qaydada baxış etməklə, alış aktının təsdiqi və ya təsdiqindən imtina edilməsinə imkan yaradılacaq. Belə ki, vergi orqanında uçotda olmayan və malları alış aktı ilə təqdim edən fiziki şəxslər şəxsiyyət vəsiqəsinin FİN nömrəsi və öz adlarına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS kodu vasitəsilə internet vergi idarəsinə (new.e-taxes.gov.az) daxil ola, malların alıcısı olan vergi ödəyiciləri tərəfindən hazırlanmış elektron alış aktlarında göstərilmiş mallar barədə məlumatlarla tanış olaraq sənədi təsdiqləyə, yaxud ondan imtina edə biləcəklər. Elektron alış aktının hazırlanaraq malların alıcısı olan vergi ödəyicisi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edildiyi tarix, həmin elektron alış aktının tarixi sayılacaq.

İnternetə çıxış imkanları məhdud olan vətəndaşlar kağız daşıyıcısında alış aktı ilə tanış olduqdan sonra öz adlarına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS kodunu elektron alış aktını tərtib edən vergi ödəyicisinə (malların alıcısına) təqdim edəcək, malların alıcısı isə alış aktının təsdiq edərək gücləndirilmiş elektron imza vasitəsilə onu imzalaya biləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, elektron alış aktının təsdiqi vətəndaşların istifadə etdikləri mobil nömrələr yalnız onların öz adlarına olduğu halda mümkün olacaq.

Избранный
23
8
yenicag.az

9Источники