RU

MİT PKK/YPG-yə məxsus silah-sursatları hədəf alıb - » AzadMedia.az



Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı şəhərində PKK/YPG-yə məxsus silah-sursatları hədəf alıb.

Azadmedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçuların Əsəd rejimindən ələ keçirdiyi ağır silah və sursatların olduğu 12 TIR, 2 tank və 2 sursat anbarı məhv edilib.

Belə ki, PKK-çılar qaranlıq hava şəraitindən istifadə edərək, texnikaları TIR-lara yükləyib ərazidən uzaqlaşmağa çalışarkən hədəf alındığı bildirilib.

Qeyd edək ki, terrorçuların ələ keçirdiyi ağır texnikaları Türkiyəyə qarşı istifadə etməyi planlaşdırdığı da bəlli olub.
Избранный
25
1
azadmedia.az

2Источники